ATCHA-dan vətəndaşlara xəbərdarlıq

Azərbaycan Turizm Şirkətləri və Otelləri Assosiasiyası vətəndaşları diqqətli olmağa çağırır.

Son zamanlar yay mövsümü ilə əlaqədar tur şirkətləri ilə bəzi problemlər gündəmə çıxır. Belə ki, müxtəlif "tur şirkəti" adı ilə fəaliyyət göstərən qruplar vətəndaşları aldadaraq pullarını mənimsəyir. Toplu şikayətlərə əsasən,  Azərbaycan Turizm Şirkətləri və Otelləri Assosiasiyası mövzu ilə bağlı açıqlama verib:

"Post-pandemiya dövründə yenidən canlanmış turizm sektorunda mövsüm dəyişikliyi ilə daha da intensivləşmə müşahidə olunur. Təəssüf ki, belə olduğu halda sektora maraq artdığından dələduzluq halları da çoxalır. Səyahət etmək istəyən vətəndaşlar indiki dövrdə çox daha ehtiyatlı olmalıdırlar".

Azərbaycan Turizm Şirkətləri və Otelləri Assosiasiyası İctimai Birliyi vətəndaşların tur şirkəti seçərkən hansı nüanslara diqqət yetirməli olduqlarını qeyd edib:

"Belə dələduzluq hallarından qorunmaq üçün tur paket alarkən fəaliyyətindən əmin olduğunuz şirkətlərə müraciət etmək lazımdır.  Vətəndaşlar müraciət etdiyi şirkətin vergi ödəyicisi olub-olmadığına diqqət edə, şirkətin reputasiyası haqqında araşdırma edərək daha güvənli səyahət edə bilərlər. O cümlədən, şirkətin ofisi ilə maraqlana bilərsiniz. Ödənişi şirkətin ofisində etməyiniz tövsiyə olunur. Ödəmə qəbzlərini mütləq saxlayın və "card to card" ödəniş növünə, nəğd ödəmə zamanı isə qəbz almağa üstünlük verin. Seçmək istədiyiniz tur paketlərin reallığı barəsində operatrlarla maraqlanmaq dələduzluq hallarından qorunmaq üçün ata biləcəyiniz addımlardan biridir".

Qeyd edək ki, 2021-ci ildən fəaliyyət göstərən Azərbaycan Turizm Şirkətləri və Otelləri Assosiasiyası İctimai Birliyinə şirkətlər haqqında məlumat toplamaq üçün müraciət edə biləriniz.

                                                                                                                       

                                                                                                                     Əsmər Bağırova

Related

Sankt-Peterburq Azərbaycandan daha çox turist cəlb etmək niyyətindədir

"Sankt-Peterburq Azərbaycandan daha çox turist cəlb etməkdə maraqlıdır". Bu fikri Sankt-Peterburqun Şəhər Turizm İnformasiya Bürosunun direktoru Yuri Boqdanov Bakıda keçirilən "Sankt-Peterburqa xoş gəlmisiniz!" adlı roud-şousunda deyib. Onun sözlərinə görə, Sankt-Peterburqla...

Bu məkanlara daxil olmaq Qadağandır!

İnstaqram yay üçün getdikləri bütün ekzotik məkanların fotoşəkillərini paylaşan insanlarla dolu olsa da, planetimizdə hələ də paylaşılmayan, insanların ziyarətinə icazə verilməyən bəzi yerlər var. İstər təhlükəli olmasına görə- məsələn, zəhərli...

Euronews Azərbaycan haqqında yazdı

Euronews xəbər saytı Azərbaycan haqqında məqalə paylaşıb. Euronews-un baş beynəlxalq müxbiri Monika Pinna yazır: “Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycanda araşdırmaq üçün çox şey var. Euronews ölkənin zəngin ənənələrinə dərindən...

Azərbaycan turizmində yeni era

Azərbaycanın dilbər guşələrindən biri olan Qarabağ möhtəşəm təbiəti və tarixi-mədəni abidələri ilə turizm potensialı daşıyan bölgə kimi hər zaman diqqət mərkəzində olub. Təəssüf ki, 30 illik işğal dövründə ermənilər təkcə...

Bakı - Nəcəf - Bakı istiqaməti üzrə çarter uçuşlar həyata keçirilir.

Ərbein gününün yaxınlaşması münasibətilə İraqa dini ziyarətlərə getmək istəyənlərin sayı çoxalıb. Pandemiya səbəbindən quru sərhədlərin bağlı olması ilə əlaqədar Hava Yollarına üstünlük verilir. Bu səbəbdən “Azərbaycan Hava Yolları”  Bakı -...

Bilet qiymətlərində dəyişiklik gözlənilirmi?

Mövsüm dəyişikliyinin turizm sektoruna təsiri hər zaman rast gəlinəndi. Xüsusilə də, turist sayında ciddi artım müşahidə olunan yay mövsümünün bitməsi ilə turizm dünyasını nə kimi dəyişikliklər gözləyir? Bu dəyişikliklər bilet...

Bakıda Qazaxıstanın turizm potensialı təqdim ediləcək

Avqustun 25-də Qazaxıstanın Şımkent şəhərinin turizm potensialının təşviqi və təqdimatı məqsədilə Bakıda “ROAD-show” keçiriləcək. Qazaxıstanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, tədbirdə Şımkent şəhərinin akimi Aybek Sattıbayev, maslihat katibi Bahadır Narımbetov,...

600 illik heykəllər üzə çıxdı

Çinin cənub-qərbində yerləşən Çunqinq şəhərində su altında qalmış bir ada və bu adanın üzərində 600 yaşı olduğu güman edilən üçlü Buddist heykəllər aşkarlanıb. Bu barədə Sinxua dövlət mediası məlumat yayıb....